ain.az, Baku.ws portalına istinadən məlumat verir.
Azərbaycan hökuməti 2025-ci ilin yekununda dövlət borcunun 25 milyard 404,1 milyon manat, 2026-cı ilin yekununda isə 27 milyard 51,7 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.
BAKU.WS bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu il xalis birbaşa dövlət borclanması 1 milyard 976,1 milyon manat azaldılacaq, gələn il isə 1 milyard 647,6 milyon manat artırılacaq.
2025-ci ildə dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin 2 milyard 399,6 milyon manat, 2026-cı ildə isə 2 milyard 457,6 milyon manat olacağı gözlənilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.