AZ

Tramp ABŞ-ın Venesueladan olan narkotik daşıyan qayığa növbəti zərbə endirdiyini açıqlayıb

Vaşinqton, 16 sentyabr, AZƏRTAC

ABŞ Hərbi Qüvvələri Cənub Komandanlığı narkotik daşıyan qayığa zərbə endirib. AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb. O, bildirib ki, hücum Venesueladan olan narkoterrorçular ABŞ-a qeyri-qanuni narkotik daşıyan zaman beynəlxalq sularda olarkən baş verib. Tramp zərbə nəticəsində 3 terrorçunun öldürüldüyünü açıqlayıb. Hücumda ABŞ qüvvələrinə zərər dəyməyib.

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
18
1
azertag.az

10Mənbələr