Vaşinqton, 16 sentyabr, AZƏRTAC
ABŞ Hərbi Qüvvələri Cənub Komandanlığı narkotik daşıyan qayığa zərbə endirib. AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb. O, bildirib ki, hücum Venesueladan olan narkoterrorçular ABŞ-a qeyri-qanuni narkotik daşıyan zaman beynəlxalq sularda olarkən baş verib. Tramp zərbə nəticəsində 3 terrorçunun öldürüldüyünü açıqlayıb. Hücumda ABŞ qüvvələrinə zərər dəyməyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton