Ajans.az xəbər verir ki, bu barədə polşalı deputat Valdemar Buda özünün X sosial media səhifəsində məlumat verib. Hücum zamanı Buda avtomobildə olmayıb. “Doqquz dəfə atəş açılıb”, – deputat yazıb. O, avtomobildə bir güllə izinin tapıldığını vurğulayıb. Belçika rəsmiləri araşdırmaya başlayıb. O, hücumun kim(lər) tərəfindən edildiyini bildirməyib.

Valdemar Buda Polşanın müxalif Hüquq və Ədalət partiyasının üzvüdür. 2022-2023-cü illərdə Polşanın İnkişaf və Texnologiya naziri vəzifəsində çalışıb. 2024-cü ildən Polşanı Avropa Parlamentinin üzvü kimi təmsil edir.