AZ

Kreml: NATO Rusiya ilə faktiki müharibədədir

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, NATO faktiki olaraq Rusiya ilə müharibə aparır.

Turkustan.az xəbər verir ki, Peskov cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.

Polşa xarici işlər naziri Radoslav Sikorskinin NATO-nun Rusiya ilə müharibə aparmaması ilə bağlı açıqlamasına münasibət bildirən Peskov, "NATO Rusiya ilə müharibədədir. Bu, öz-özünə aydındır və əlavə sübuta ehtiyac yoxdur" deyib.

Mətbuat katibi Peskov NATO-nun Ukraynaya birbaşa və dolayısı ilə dəstək verməklə bu müharibədə “de-fakto” iştirak etdiyini qiymətləndirib.

Ukrayna məsələsinin həlli ilə bağlı Peskov bəyan edib ki, Avropa ölkələri məsələyə müdaxilə edir və böhranın köklü səbəblərinə diqqət yetirmirlər.

Rusiyanın Ukrayna böhranını siyasi və diplomatik yollarla həll etməkdə maraqlı və istəkli olduğunu bildirən Peskov, prosesin Kiyev tərəfindən süni şəkildə yavaşlatıldığına münasibət bildirib. "Biz dedik ki, həqiqətən də fasilə var", - Peskov bildirib. "Bu fasilə açıq-aydın görünür."

Peskov bir daha vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında mümkün görüş yaxşı hazırlanmalıdır, əks halda görüşün faydası olmayacaq.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
6
1
turkustan.az

2Mənbələr