AZ

Moskvadan açıq mesaj - NATO Rusiya ilə müharibədədir

Kremlin sözçüsü Dmitri Peskov NATO-nun Rusiya ilə faktiki olaraq müharibə vəziyyətində olduğunu bildirib.


Manset.az Rusiya mediasına istinadən xəbər verir ki, Peskov Moskvada jurnalistlərə cari məsələləri dəyərləndirərkən Polşa böhranına toxunub. Polşanın xarici işlər naziri Radoslav Sikorskinin NATO-nun Rusiya ilə müharibə aparmaması ilə bağlı sözlərini şərh edən Peskov, "NATO Rusiya ilə müharibədədir. Bu, öz-özünə aydındır və əlavə dəlilə ehtiyac duymur" deyib.

Peskov NATO-nun Ukraynaya birbaşa və dolayı dəstək verməklə bu müharibədə “de-fakto” iştirak etdiyini vurğulayıb.

Ukrayna məsələsinin həlli ilə bağlı Peskov bəyan edib ki, Avropa ölkələri məsələyə müdaxilə edir və böhranın köklü səbəblərinə diqqət yetirmirlər.

Kremlin sözçüsü Rusiyanın Ukrayna böhranını siyasi və diplomatik yollarla həll etməkdə maraqlı və istəkli olduğunu və prosesin Kiyev tərəfindən süni şəkildə ləngidildiyini bəyan edərək, "Biz dedik ki, həqiqətən də fasilə var. Bu pauza açıq şəkildə görünür".

Peskov bir daha vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında mümkün görüş yaxşı hazırlanmalıdır, əks halda görüşün faydası olmayacaq.

Seçilən
24
1
manset.az

2Mənbələr