AZ

ABŞ İranın nüvə silahını ləğv etməkdə israrlıdır

ABŞ hesab edir ki, İran öz nüvə proqramının inkişafını tamamilə dayandırmalı və uranın zənginləşdirilməsi üzrə bütün obyektləri ləğv etməlidir.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyin (BAEA) Baş Konfransının 69-cu növbəti sessiyasının plenar iclasında çıxışı zamanı ABŞ-nin energetika naziri Kris Rayt bildirib.

"İranın Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) qarşı şəffaflıq göstərməməsi və onun nüvə eskalasiyası qəbuledilməzdir", - deyə o vurğulayıb.

Rayt qeyd edib ki, İran öz öhdəliklərini nəzərə alaraq agentliyə tam əməkdaşlıq etməlidir. O, həmçinin bildirib ki, Tehran müfəttişlərə narahatlıq doğuran bütün obyektlərə giriş icazəsi verməlidir.
 
 

Seçilən
15
4
7news.az

5Mənbələr