Kiyevin Dneprovski rayonunda çoxmərtəbəli binalardan birində partlayış baş verib.
APA xəbər verir ki, bu barədə Kiyev polisi “Telegram”da məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, ilkin məlumatlara əsasən, mənzildə qumbara partlayıb.
Partlayış nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
Hadisə yerində Dneprovski rayon polis idarəsinin istintaq-operativ qrupu, partlayış mütəxəssisləri, kinoloqlar və digər xidmətlər işləyir.