AZ

Binada qumbara partlayıb, ölənlər var

Kiyevin Dneprovski rayonunda çoxmərtəbəli binalardan birində partlayış baş verib.

Moderator.az xəbər verir ki, bu barədə Kiyev polisi “Telegram”da məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, ilkin məlumatlara əsasən, mənzildə qumbara partlayıb.

Partlayış nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

Hadisə yerində Dneprovski rayon polis idarəsinin istintaq-operativ qrupu, partlayış mütəxəssisləri, kinoloqlar və digər xidmətlər işləyir.

Seçilən
14
7
moderator.az

9Mənbələr