AZ

Sərnişin avtobusu ilə minik avtomobili toqquşub

Gəncədə sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Operativ Media xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Belə ki, hərəkətdə olan minik maşını ilə 20 saylı xətt üzrə işləyən sərnişin avtobusu toqquşub.

Qəza zamanı sərnişin avtobusunda olan 2 nəfər sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
37
4
operativmedia.az

5Mənbələr