AZ

Məscidin yanına donuz başı atan rus həbs edildi

BAKI, 15 sentyabr. TELEQRAF

Təhlükəsizlik qüvvələri məscidin yaxınlığında donuz başı atan rusu saxlayıb

Adıgeydə yerli təhlükəsizlik qüvvələri Taxtamukayski rayonunun Kozet kəndindəki məscidin yaxınlığında donuz başı atan şəxsi saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb .

"Şübhəli şəxs Anapa şəhərində yaşadığı ünvanda saxlanılaraqistintaq orqanına aparılıb. O, Adıgeydəki müvəqqəti saxlama təcridxanasına yerləşdirilib, barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir", - məlumatda deyilir.

Qeyd olunur ki, saxlanılan şəxs barəsində dindarların hisslərini təhqir etdiyinə görə cinayət işi açılıb.

Seçilən
61
2
teleqraf.com

3Mənbələr