AZ

Şuşada külli miqdarda silah-sursat aşkarlandı - BİRGƏ MƏLUMAT - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülmüşdür.

Adalet.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin və Azərbaycan Minatəmizləmə Agentliyinin yaydığı birgə məlumatda bildirilib. 

Qeyd olunub ki, göstərilən istiqamətdə DTX-nin əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Seçilən
0
49
adalet.az

10Mənbələr