Xristianlığın ən qədim mərkəzlərindən biri olan Suriyanın Məlula şəhərində ənənəvi Xaç bayramı qeyd olunub.
Yenisabah.az xəbər verir ki, Suriyadakı xristian icmasının ən mühüm dini və mədəni tədbirlərindən sayılan Xaç bayramı Məlula şəhərinin Köhnə Şəhər meydanında təşkil olunub.
Tədbir Daxili İşlər Nazirliyi və təhlükəsizlik qüvvələrinin ciddi nəzarəti altında keçirilib və çoxsaylı insan iştirak edib. pizza
Məlulada yaşayan Rita əl-Şair Xaç bayramının çox qədim tarixə malik olduğunu deyib:
"Kraliça Yelena müqəddəs xaçın tapılmasını istəmişdi. Xaç tapıldıqda dağların zirvəsində tonqal qalayıb işarə vermişdilər. O gündən bu ənənə Məlulada davam edir və heç vaxt kəsilməyib."
Onun sözlərinə görə, bayram gecəsi böyük məşəl yandırılır və alov dağlara yayılır. Bu isə xristianlığın yayılmasını simvolizə edir.
Rita əl-Şair bayramın ictimai yönünə də diqqət çəkib:
"Bu günlərdə bütün evlər qonaqlar üçün açıqdır. Müxtəlif bölgələrdən gələn insanları qarşılayır, süfrəmizi onlarla bölüşürük. Artıq bu, beynəlxalq bir bayrama çevrilib. Lübnandan və dünyanın müxtəlif ölkələrindən çoxlu ziyarətçi gəlir. Məlulada qeyd olunan bu bayram artıq dünya miqyasında tanınır."
Aydan Hacı
Telegram kanalımız