AZ

Suriyada xristianların qədim ənənəsi: Xaç bayramı

Xristianlığın ən qədim mərkəzlərindən biri olan Suriyanın Məlu­la şəhərində ənənəvi Xaç bayramı qeyd olunub.

Yenisabah.az xəbər verir ki, Suriyadakı xristian icmasının ən mühüm dini və mədəni tədbirlərindən sayılan Xaç bayramı Məlu­la şəhərinin Köhnə Şəhər meydanında təşkil olunub. 

Tədbir Daxili İşlər Nazirliyi və təhlükəsizlik qüvvələrinin ciddi nəzarəti altında keçirilib və çoxsaylı insan iştirak edib. pizza

Məlu­lada yaşayan Rita əl-Şair Xaç bayramının çox qədim tarixə malik olduğunu deyib:

"Kraliça Yelena müqəddəs xaçın tapılmasını istəmişdi. Xaç tapıldıqda dağların zirvəsində tonqal qalayıb işarə vermişdilər. O gündən bu ənənə Məlu­lada davam edir və heç vaxt kəsilməyib."

Onun sözlərinə görə, bayram gecəsi böyük məşəl yandırılır və alov dağlara yayılır. Bu isə xristianlığın yayılmasını simvolizə edir.

Rita əl-Şair bayramın ictimai yönünə də diqqət çəkib:

"Bu günlərdə bütün evlər qonaqlar üçün açıqdır. Müxtəlif bölgələrdən gələn insanları qarşılayır, süfrəmizi onlarla bölüşürük. Artıq bu, beynəlxalq bir bayrama çevrilib. Lüb­nandan və dünyanın müxtəlif ölkələrindən çoxlu ziyarətçi gəlir. Məlu­lada qeyd olunan bu bayram artıq dünya miqyasında tanınır."

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
29
yenisabah.az

1Mənbələr