ABŞ hesab edir ki, İran nüvə proqramının inkişafını tamamilə dayandırmalı və uranın zənginləşdirilməsi üzrə bütün obyektlərini bağlamalıdır.
Bu sözləri ABŞ-ın energetika naziri Kris Rayt Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) 69-cu Sıravi Baş Konfransının plenar sessiyasındakı çıxışında deyib.
“İranın MAQATE ilə şəffaflığının olmaması və onun nüvə eskalasiyası qəbuledilməzdir”,- deyə bildirilib.
Rayt vurğulayıb ki, İran öz öhdəliklərini nəzərə alaraq agentliklə tam əməkdaşlıq etməlidir. O, həmçinin bəyan edib ki, Tehran müfəttişlərə narahatlıq doğuran bütün sahələrə giriş imkanı verməlidir.
//Gülnarə Abasova, Editor.az