AZ

Türkmənistanda Azərbaycanın iştirakı ilə Xəzərin dayazlaşması müzakirə olundu

BAKI, 15 sentyabr. TELEQRAF

Sentyabrın 15-də Türkmənistan Xarici İşlər Nazirliyində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 11-ci iclası keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb .

Toplantıya Türkmənistan, Azərbaycan, İran, Qazaxıstan və Rusiya nümayəndə heyətləri qatılıb.

İclasa Türkmənistan nümayəndə heyətinin rəhbəri M.Q.Atacanov sədrlik edib.

Tərəflər Xəzər dənizində birbaşa baza xətlərinin yaradılması üsullarını, regionda əməkdaşlığın nəzərdən keçirilməsini və xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıqları müzakirə ediblər. Həmçinin dənizin dayazlaşması problemləri ilə bağlı Xəzəryanı dövlətlərdən ibarət işçi qrupunun yaradılması məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

Seçilən
22
teleqraf.com

1Mənbələr