AZ

Böyük Britaniya israilli tələbələri qəbul etməyəcək

ain.az, Missiya.az saytına istinadən bildirir.

Böyük Britaniya dünyanın aparıcı hərbi akademiyalarından biri olan Kral Müdafiə Araşdırmaları Kollecinə israilli tələbələri qəbul etməyəcəyini açıqlayıb.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, hökumət ilk dəfə olaraq yüksək rütbəli hərbçilər arasında ümumi anlaşmanı gücləndirmək üçün 1927-ci ildə qurulan məktəbə israilliləri qəbul etməyəcəyini açıqlayıb.

Qeyd edək ki, İsrail Müdafiə Nazirliyinin baş direktoru Əmir Baram Britaniya hökumətinin qərarına reaksiya göstərərək, israilli tələbələrin qəbul edilməməsini “müharibədəki müttəfiqinə qarşı vəfasızlıq” kimi qiymətləndirib.

İlahə QənbərliMissiya.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
missiya.az

1Mənbələr