"Maşınlara olan marağım məni bura gətirib”.
Bunu Offsideplus.az saytına açıqlamasında “Formula 1” könüllüsü Rauf Süleymanlı deyib.
O bildirib ki, ilk dəfədir beynəlxalq yarışda könüllü kimi iştirak edir:
“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin üçüncü kurs tələbəsiyəm. Könüllü olmaq üçün müraciət edən 31 mindən çox şəxsin içərisindən cəmi 2 min nəfər seçilib. Çox sevinirəm ki, onlardan biri də mənəm. Burada qeydiyyat və akkreditasiyaların verilməsi prosesində aktiv iştirak edirik. Bu, mənim üçün olduqca maraqlı təcrübədir. Həmçinin könüllülük müddətində çoxlu dostlar qazanmışam”.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19–21-i aralığında baş tutacaq.