AZ

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində gənclər üçün yay təlimləri keçirildi

BAKI, 15 sentyabr. TELEQRAF

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində yay ayları ərzində şagird və gənclərin biliklərinin artırılması, dünyagörüşlərinin genişləndirilməsi, eləcə də sosial fəallıqlarının dəstəklənməsi məqsədilə bir sıra maarifləndirici təlimlər keçirilib.

Bu barədə Teleqraf-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

İlk təlimi mərkəzin direktoru və təlimçi Çiçək Hüseynova “Gender bərabərliyi və erkən nikah” mövzusunda aparıb. Gənclərə erkən nikahın mənfi nəticələri, təhsildən kənarda qalmaq, sosial inkişafın məhdudlaşması, insan hüquqlarının pozulması kimi mövzular barədə ətraflı məlumat verilib.
NövbətitəlimiGürcüstan Azərbaycanları İnteqrasiya Mərkəzinin təlimçisi Anar Mustafayev “Süni intellekt və onun əhəmiyyəti” mövzusunda keçib. Təlim iştirakçıları süni intellektin mahiyyəti, gündəlik həyatda istifadəsi, təhsildə və gələcək peşələrdə rolu barədə geniş bilgilər əldə edib, mövzu ətrafında müzakirələr aparıblar.

“İngilis dilini daha asan öyrənməyin yolları” mövzusunda təşkil olunan təlimdə isə xarici dil öyrənmənin effektiv üsulları, yadda saxlama texnikaları və gündəlik praktik məşqlərin əhəmiyyəti barədə faydalı məqamlar təqdim olunub.

Təlimlərin sonunda iştirakçılar öz təəssüratlarını bölüşüb, qazandıqları bilik və bacarıqları gələcəkdə necə tətbiq edəcəkləri barədə fikir mübadiləsi aparıblar.

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində həyata keçirilən bu təşəbbüslər gənclərin fərdi inkişafına dəstək verməklə yanaşı, onların həm peşəkar, həm də şəxsi həyatlarında uğur qazanmasına töhfə verməyi hədəfləyir.

Seçilən
48
1
teleqraf.com

2Mənbələr