AZ

Türkiyə parlamentinin spikeri Qafqaz İslam Ordusu qəhrəmanlarının xatirəsini anıb

Ankara, 15 sentyabr, AZƏRTAC

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş sosial şəbəkələrdə Bakının düşmən işğalından azad edilməsinin 107-ci ildönümünə həsr olunmuş yazı paylaşıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə parlamentinin sədri komandan Nuru Paşanın və Qafqaz İslam Ordusunun bütün hərbi qulluqçularının xatirəsini ehtiramla yad edib.

N.Kurtulmuş Bakının daşnaklardan və bolşeviklərdən azad edilməsinin bütün iştirakçılarını qəhrəman adlandırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

Seçilən
71
3
azertag.az

4Mənbələr