AZ

Tokayev Təhlükəsizlik Şurasının iclasını keçirdi

BAKI, 15 sentyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının iclasını keçirib.

Teleqraf xəbər verir ki, iclasda vətəndaşlar üçün kibertəhlükəsizlik və rəqəmsal mühitin qorunması məsələləri müzakirə edilib.

Prezident Tokayev xatırladıb ki, son müraciətində Qazaxıstanı tam rəqəmsal ölkəyə çevirmək vəzifəsini qoyub. Onun həlli kompleks tədbirlərin, o cümlədən kibertəhlükəsizlik sahəsində görülməsini tələb edir.

Görüş zamanı müasir kibertəhlükələrə qarşı mübarizə üsulları, mühüm informasiya infrastrukturunun mühafizəsi, kibertəhlükəsizlik sənayesinin inkişafı və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Tokayev vətəndaşların şəxsi məlumatlarının qorunmasının təmin edilməsi və onların ələ keçirilməsinə görə məsuliyyətin sərtləşdirilməsi kimi prioritet vəzifələr qoyub.

Görüşdən sonra prezident strateji risklərin azaldılması və sistemli kibertəhlükəsizlik məsələlərinin həllinə yönəlmiş bir sıra tədbirlərin görülməsi ilə bağlı göstəriş verib.

Seçilən
35
teleqraf.com

1Mənbələr