AZ

AEBA İranda aparılacaq işlərin texniki aspektlərini müəyyənləşdirib

Biz İranla imzaladığımız razılaşmada nüvə obyektlərində işlərimizin yenidən başlaması üçün texniki mərhələləri müəyyən etmişik.

APA xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktoru Rafael Qrossi AEBA-nın ümumi konfransının 69-cu sessiyasında çıxışı zamanı deyib.

Qrossi İranla agentlik arasında olan etimadın bərpa olunması üçün səylər göstərildiyini bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl İran və AEBA arasında razılaşma imzalanıb. Bu razılaşanın mətni ictimaiyyətlə bölüşülməyib və bu, İran daxilində bəzi siyasi dairələrdə narazılığa səbəb olub.

Seçilən
32
6
apa.az

7Mənbələr