AZ

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində yaşayış məntəqəsini və ətraf əraziləri azad ediblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Silahlı Qüvvələri və Ukrayna Milli Qvardiyası Donetsk vilayətinin Dobropolski istiqamətində Pankovka yaşayış məntəqəsini və ətraf əraziləri azad ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Milli Qvardiyasının "Azov" 1-ci korpusu öz "Telegram" hesabında məlumat verib.
Məlumata görə, Ukrayna Milli Qvardiyasının "Azov" 1-ci korpusunun əməliyyat zonasında fəaliyyət göstərən ukraynalı hərbçilər Donetsk vilayətində Pankovka və ona qonşu yaşayış məntəqələri üzərində nəzarəti bərpa etməyə imkan veriblər.
Həmçinin qeyd edilib ki, Rusiya hərbçiləri öz mövqelərini qorumağa çalışır və bu istiqamətdə qruplaşmaları gücləndirirlər. Ukrayna Milli Qvardiyasının 1-ci Korpusunun "Azov" məsuliyyət zonasına hücum potensialını artırmaq üçün yenidən əlavə ehtiyatlar yerləşdirilib: dörd piyada briqadası və bir dəniz piyadaları alayı.
Seçilən
27
1
oxu.az

2Mənbələr