AZ

Erməni mediası: ABŞ Cənubi Qafqazda Bakıya üstünlük verir

Xəbər verildiyi kimi, Nyu-York məhkəməsi keçmiş senator Bob Menendezi 11 il azadlıqdan məhrum edib, onun erməni kökləri olan həyat yoldaşı Nadin Mendes (Arslanyan) isə 4,5 il həbs cəzası alıb. Onlar korrupsiya ittihamı ilə mühakimə olunublar.

Musavat.com xəbər verir ki, bununla bağlı erməni revanşist əhval-ruhiyyəli dairələrdə və onların siyasətini müdafiə edən media qurumlarında ciddi narahatlı müşahidə olunur.

Məsələn, yerli “Kavkazar” kanalı bununla bağlı Emrənistan üçün doğuracaq mənfi nəticələrə diqqət çəkib.

Qeyd edək ki, ABŞ Konqresində “ermənilərin əsas himayədarı” sayılan Bob Menendez 16 maddə üzrə təqsirli bilinib. O, 18 il ərzində rüşvət qarşılığında Misir, Qətər və erməni dairələrinin maraqlarını lobbiçilik edib.

Onun həyat yoldaşı Nadin Arslanyan isə korrupsiya sxemlərində vasitəçilikdə günahlandırılıb. Məhkəmə onun “Livanın çətin uşaqlığını” nəzərə alsa da, bu, cəzadan yayınmasına imkan verməyib.

“Menendez ailəsinin iflası ABŞ-da erməni lobbisi üçün növbəti zərbədir. Artıq bu lobbi ABŞ-la Azərbaycan arasında hərbi əməkdaşlığı məhdudlaşdıra bilmir, anti-Azərbaycan yönümlü düzəlişləri də uğursuzluğa düçar olur.

Vaşinqton isə strateji seçim edərək Bakıya üstünlük verib. Bu səbəbdən Ermənistan maraqlarının müdafiəsi ABŞ-ın Cənubi Qafqazdakı yeni hədəfləri ilə ziddiyyət təşkil edir”, - deyə yazıda qeyd olunub.

Musavat.com

Seçilən
41
musavat.com

1Mənbələr