AZ

Trampın hədəsi neftin qiymətini qaldırdı

Son bir həftə ərzində neftin birja qiymətləri 2,3 faiz artıb və sentyabrın 15-də Brent neftinin qiyməti bir barel üçün 67,42 dollara yüksəlib.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Vanda Insights" konsaltinq şirkətinin təsisçisi Vandana Xari ABŞ prezidenti Donald Trampın Moskvaya qarşı sanksiyalarla bağlı təhdidləri və qeyri-müəyyənliyi neft bazarına təsir edən amil kimi qiymətləndirib. O bildirib ki, Trampın NATO müttəfiqlərinə Rusiyanın neft gəlirlərini azaltmaq üçün birgə təzyiq göstərmək çağırışları bazarda risk yarada bilər.

V.Xari əlavə edib ki, əgər bu çağırışlar qismən də olsa yerinə yetirilərsə, mövcud barellərin müvəqqəti çatışmazlığı qiymətlərin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər.

Bununla belə, ekspertlər qeyd edirlər ki, belə bir inkişaf ehtimalı azdır və Trampın təhdidləri əsasən Rusiyaya qarşı sanksiyalar tətbiq etmək istəməməsi ilə bağlıdır.

Seçilən
47
publika.az

1Mənbələr