AZ

Xankəndi, Ağdərə və Xocalıda Bilik Günü qeyd olunub  

15 Sentyabr - Bilik Günü Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə, Xocalı şəhər 1 nömrəli orta məktəbdə, Ballıca kənd orta məktəbində, Ağdərə rayonunun Həsənriz, Vəngli, Suqovuşan və Talış kənd orta məktəblərində qeyd olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məktəblərdə yeni dərs ili sevinclə başlayıb. Keçirilən tədbirlərdə Qarabağ bölgəsində təhsilin inkişafına göstərilən dövlət qayğısı yüksək qiymətləndirilib, müəllim və şagirdlərə yeni dərs ilində uğurlar arzulanıb.

Bu il Xankəndi şəhər 4 nömrəli orta məktəbin birinci sinfinə 98 şagird qəbul olunub. Ümumilikdə məktəbdə 1035 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 35 nəfərlik pedaqoji kollektiv məşğul olur. Xocalı şəhər 1 nömrəli orta məktəbdə 116, Ballıca kənd orta məktəbində 168, Ağdərə rayonu Həsənriz kənd orta məktəbində 54, Vəngli kənd məktəbində 41, Suqovuşan kənd orta məktəbində 90, Talış kənd orta məktəbində isə 36 şagird təhsil alır.

Seçilən
38
24
azerbaijan-news.az

10Mənbələr