AZ

"İnsanlar bu barədə çox pis danışırlar"

İsrail Qətərlə münasibətdə "çox diqqətli" olmalıdır.

Publika.az "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

"Mən istəyirəm ki, onlar çox, çox diqqətli olsunlar. Onlar HƏMAS haqqında nəsə etməlidirlər, lakin Qətər həmişə ABŞ-ın etibarlı müttəfiqi olub", - deyə jurnalistlərdən birinin "Benyamin Netanyahuya İsrailin ötən həftə HƏMAS liderlərinə endirdiyi zərbələrlə bağlı mesaj çatdırmaq istəyib-istəmədiyini" soruşarkən Tramp cavab verib.

Nəşr həmçinin qeyd edir ki, cümə günü Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə şam yeməyindən sonra Tramp onu “gözəl insan” adlandırıb.

ABŞ prezidenti ona deyib ki, Qətərin "yaxşı ictimai əlaqələrə" ehtiyacı var, çünki "insanlar bu barədə çox pis danışırlar və bunu etməməlidirlər".

Xatırladaq ki, sentyabrın 9-da İsrail Müdafiə Qüvvələri əks-kəşfiyyatla birlikdə Dohaya hava zərbəsi endirib.

Seçilən
85
publika.az

1Mənbələr