"Lənkəran" Azərbaycan millisinin daha bir basketbçusunu heyətinə qatıb. 

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət U-18 millimizin şərəfini qorumuş və hazırda U-20-nin üzvü olan Hüseyin Əsgərlidən gedir.

194 sm boya malik olan Əsgərli hücumçudur. O, bundan əvvəl ABL-də "Sərhədçi" və "Şəki" komandalarının formasını geyinib.

Qeyd edək ki, "Lənkəran" buna qədər Aydın İbrahimov, Azər Əzimov, Pərviz Mirzəyev, Raşed Dyso,Teron Montqomery, Nmeso Nnebedum və Akit Çoudhari transferlərini həyata keçirib.