AZ

Məhkumlara tibbi sığorta çərçivəsində xidmətlərə dair qanunvericiliyə dəyişikliyin səbəbi açıqlanıb

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Məhkumlara icbari tibbi sığorta çərçivəsində xidmətlərin göstərilməsi ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliyin səbəbi açıqlanıb.

APA xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib ki, məhkumların tibbi xidmətlərə olan ehtiyaclarının əsasən Ədliyyə Nazirliyinin Tibb baş idarəsi tərəfindən qarşılanmasına baxmayaraq, zəruri tibbi avadanlıq və müvafiq sahə üzrə işçilərin olmaması səbəbindən bir sıra tibbi xidmətlərin göstərilməsi mümkün deyil.

Qeyd edilib ki, həmin xidmətlərin icbari tibbi sığorta ilə əhatə olunmaması həm bu xidmətlərin maliyyələşdirilməsi ilə bağlı suallar yaradır, ən əsası isə məhkumların tibbi xidmətlərlə bağlı konstitusion hüquqlarının məhdudlaşdırılmasına səbəb olur: “Təkcə 2024-cü il ərzində 670 məhkumun müxtəlif radiologiya xidmətlərindən (KT, MRT, PET, Doppler ultrasəs müayinəsi), orta və ağır cərrahi müdaxilələrdən (ümumi cərrahiyyə, travmatologiya, ginekologiya), orta və ağır terapevtik müayinə və müalicələrdən (nefrologiya, revmatologiya, nevrologiya) yararlanması zəruri olsa da, müəyyən infrastruktur, avadanlıq və insan resursları baxımından çatışmazlıq səbəbindən bu tibbi xidmətlərin icrası mümkün olmayıb. Beləliklə də, məhkumların tibbi xidmətlərlə bağlı hüquqlarının təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən qarşılanması mümkün olmayan tibbi xidmətlərin icbari tibbi sığorta vəsaiti hesabına göstərilməsi zərurəti yaranır. Bu məqsədlə Qanunun 15-2.3-cü maddəsindən qeyd olunan subyekt dairəsinin çıxarılması və 15-2.1-ci maddəyə müvafiq düzəlişlərin edilməsi təklif olunur. Eyni zamanda, sözügedən şəxslərə tibbi xidmətin göstərilməsi xüsusi xarakter daşıdığından, Qanuna 15-17.2.3-3-cü maddə əlavə olunaraq Xidmətlər Zərfində tibbi xidmətlərin tətbiqi şərtləri müəyyən edilir. Bu normanın tətbiqi şərtləri də o anlama gəlir ki, qeyd olunan dəyişikliyin qüvvəyə minməsi halında maliyyələşmənin icbari tibbi sığorta vəsaiti hesabına həyata keçiriləcəyi büdcə ili ərzində tibbi xidmət göstərilən şəxslərin sayı 1500 nəfəri aşmamalıdır. Bu rəqəm yaxın illərdə artan dinamika olaraq deyil, məhz rəqəmin sabit qalması şərti ilə təsbit edilir. Dövlət büdcəsi tərəfindən 2025-ci il üçün ödənilən adambaşı sığorta haqqının – 124 manat əsas götürməklə icbari tibbi sığorta fondunun vəsaiti hesabına həyata keçirilən sığorta ödənişlərinin ümumi məbləğinin 200 000 manat olması proqnozlaşdırılır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
3
apa.az

6Mənbələr