AZ

Bakıda məktəb direktoru məhkəməyə verildi - SƏBƏB

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 169 saylı məktəbdə məktəbin III sinifləri günorta növbəsinə keçirilib.

Bu barədə Milli.Az-a şikayət edən valideynlər bildiriblər ki, məktəbin direktoru Pərvanə Əzimova dərs ilinin açılmasına 7 iş günü qalmış Elm və Təhsil Nazirliyinin adından istifadə edərək məktəbin bütün 3-cü siniflərini ikinci növbəyə keçirib.

"Valideynlər adından yazılı müraciət etmişik, məktubu min bir əzabla rəsmi şəkildə qəbul elətdirmişik, lakin direktor ümumiyətlə məktuba cavab verməkdən imtina edir. Direktor nazirlik tərəfindən göstəriş verildiyini desə də, bizə heç bir rəsmi göstəriş təqdim olunmayıb. Daha sonra direktor Pərvanə Əzimova bildirdi ki, məktədə yeri yoxdur, ona görə belə edib. Nəyin nəticəsində yer yoxdur? İbtidai siniflərin binası ayrıdır. Nəyə yer yoxdur?

Bu məktəbdə ibtidai sinif heç vaxt ikinci növbədə olmayıb və biz uşaqlar bu məktəbə qəbul olanda direktor şəxsən özü bunu bütün valideynlərə bəyan edib ki, bu məktəbədə ibtidai sinif hər zaman birinci növbədə olacaq və bir çox ailənin bu məktəb seçimi sirf bu özəlliyə görə olub. İndi hansı qanuna-qaydaya dayanaraq elektron qəbul sistemi bağlanandan sonra təhsil ilinin açılmasına 7 iş günü qalmış növbə dəyişdirilir. Bu qərar ötən ilin sonu qəbul edilib, elan edilməli idi. Həmçinin həmin direktor 11 sentyabrda 6-cı sinifləri də qəfildən ikinci növbə olduqlarını elan edir, lakin onların şikayəti nəticəsində sentyabrın 12-si bu qərar geri çəkilir, lakin bizim şikayət hələdə cavabsız qalıb. Şikayətlərimizdən sonra isə direktor bizimlə prinsipə düşüb. Deyir ki, mən prinsipə onları səhər növbəsinə qaytarmayacam.

Biz Elm və Təhsil Nazirliyinədə şikayətimizi göndərmişik, lakin hələ cavab gəlməyib. Mən və bir valideyn daha artıq məhkəməyə də müraciət etmişik. Bütün valideynlər çıxılmaz vəziyyətdədir. Çox valideyn işləyir və bu ani qərarla belə çıxır ki, uşaqlarını dərsə göndərə bilməyəcəklər, bu da uşaqların təhsil alma hüququnun əlindən alınmasıdır".

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov açıqlamasında bildirib ki, məktəbdə təlim-tədrisin təşkili məktəb rəhbərliyinin səlahiyyətindədir:

"Qaydalara əsasən bütün paralel siniflər eyni növbədə olmalıdır. Məktəb daxili qaydalara əsasən direktorun səlahiyyəti var, tədris prosesi də buna uyğun olaraq tənzimlənir. Əgər məktəb iki növbəlidirsə, bu zaman dərslər həm birinci, həm də ikinci növbə ola bilər".

Seçilən
22
13
milliyol.az

10Mənbələr