AZ

TIR sürücüləri etiraz edir – AYNA-nın qarşısına toplaşıblar

TIR sürücüləri hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qarşısına toplaşıb.

Tribunainfo.az xəbər verir ki, buna səbəb son zamanlar yaranan problemlərdir.

Yük maşınlarının sürücüləri bildirirlər ki, AYNA-nın tərəziləri düzgün işləmədiyi üçün haqsız yerə cərimə olunurlar. Belə ki, sürücülər qanunla nəzərdə tutulmuş qədər yüklə yola çıxdıqlarını deyirlər. Lakin AYNA-nın tərəziləri çəkini yüksək göstərdiyi üçün sürücülər cərimələnir.

“Maşına yük vurulanda elektron tərəzi ilə çəkilərək yüklənir. Çeklər şirkətlərin rəsmi möhürü ilə təqdim olunur. Lakin AYNA deyir ki, bizim tərəzi doğrudur. Dəfələrlə təklif olunub ki, tərəzilər yoxlanılsın. Hətta AYNA-nın öz tərəziləri bilə eyni yükü fərqli çəkilərdə göstərib”, – deyə sürücülər etirazını bildirir.

Hazırda AYNA-ya toplaşan sürücülər şikayətlərinin dinlənilməsini istəyirlər.

Musavat.com

Seçilən
38
4
tribunainfo.az

5Mənbələr