AZ

“Avrora Qrup” məktəbliləri belə sevindirdi – Video


Ölkəmizdə təhsilin inkişafı və məktəbli uşaqların elmə həvəsləndirilməsi üçün daim əməli addımlar atan “Avrora Qrup”, bu il də ənənəsini davam etdirərək “Böyük Dayaq” İctimai Birliyi ilə birgə sosial layihəsini uğurla həyata keçirib.
Yeniavaz.com
xəbər verir ki, layihə çərçivəsində Qəbələ rayonunun ucqar kəndlərində yaşayan aztəminatlı, şəhid və qazi ailələrinin övladları məktəbli forması, çanta, ayaqqabı və dərs ləvazimatları ilə təmin olunub.
Layihə Daşca, Zarağan, Xırxatala, Bayramkoxalı, Böyük Əmili və Mamaylı kəndlərinin
şagirdlərini əhatə edib. Bundan əlavə, Avrora Qrup “Böyük Dayaq” İctimai Birliyi ilə birlikdə kənd məktəblərində şagirdlərin valideynləri üçün maarifləndirici təlim həyata keçirib.
“Qız uşaqları təhsildən yayınmasın” mövzusunda keçirilən 3 mərhələli maarifləndirici təlim proqramı uğurla başa çatıb və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
“Avrora Qrup” 2025-ci il üçün “Korporativ Sosial Məsuliyyət Proqramı”nda uşaqlara xüsusi yer ayırıb.
İl boyu keçirilən sosial layihələrin əsas məqsədi uşaqların üzündə təbəssüm yaratmaq, onların yanında olmaq və müxtəlif istiqamətlərdə dəstək göstərməkdir.
Uşaqlar bizim gələcəyimizdir və onların təbəssümü bizim üçün ən böyük dəyərdir.
Seçilən
14
19
yeniavaz.com

10Mənbələr