AZ

Emmy mükafatlarında Fələstinə azadlıq şüarları

Azxeber.com saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Primetime Emmy mükafatları təqdim edilərkən "Hacks" serialındakı roluna görə "İkinci planda qadın rolu" mükafatını qazanan yəhudi aktrisa Hannah Einbinder diqqət çəkib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, mərasimdə yəhudi aktrisa Hannah Einbinder çıxışını "Fələstinə azadlıq" çağırışı ilə yekunlaşdırıb.

Mükafatını səhnədə qəbul edən Eynbinder ABŞ prezidenti Donald Trampın siyasətini tənqid edib və çıxışını "Fələstinə azadlıq sözləri ilə yekunlaşdırıb.

Daha sonra jurnalistlərə müsahibəsində "Bir yəhudi olaraq yəhudilərin İsrail dövlətindən ayrı olduğunu açıq şəkildə bildirmək borcumdur. Dinimiz və mədəniyyətimiz bu cür etno-millətçi dövlətdən həqiqətən ayrıdır" deyə bildirib.

Oskarlı ispan aktyor Xavyer Bardem isə mükafatlandırma mərasiminə Fələstin mübarizəsinin simvolu halına gələn "puşi" kimi tanınan qara, ağ, qırmızı və yaşıl baş örtüyü ilə qatılıb.

Aysel

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
azxeber.com

1Mənbələr