"Dünən Xankəndinin erməni əsilli sakini, 1967-ci il təvəllüdlü Karen Avanesyanın əvvəlcədən gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb şəhərdə keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılan zaman 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərməsi fikrimcə, bütövlükdə Azərbaycan və Ermənistan arasında sülh prosesini pozmaq istəyən qüvvələrin və terror təşkilatlarının fəaliyyətinin tərkib hissələrindən biridir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib: "Normallaşma prosesini "baltalamaqdan" ötrü Ermənistanda və xarici ölkələrdə onun əleyhinə olan dairələrin ən radikal addımlara - müxtəlif dövlət və ictimai obyektlərə, dövlət, siyasi və ictimai xadimlərə qarşı terror, sui-qəsd və başqa qanlı əməllərə bundan sonra da əl atacaqları şübhə doğurmur. Azərbaycan polisinin çevik hərəkəti mümkün qanlı hadisənin qarşısını aldı".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31