AZ

Daha üç güləşçimiz mübarizəyə başlayır

Azərbaycanın daha üç güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.

"Cebheinfo.az" xəbər verir ki, qadınlardan Günay Qurbanova (59 kq), sərbəst güləşçilərdən Əli Rəhimzadə (65 kq) ilə Maqomedxan Maqomedov (97 kq) xalça üzərinə çıxacaqlar.

Bundan əlavə, bu gün digər iki sərbəst güləşçi medal qazana bilər. Osman Nurməhəmmədov (92 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Cəbrayıl Hacıyev (79 kq) isə təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq.

Daha əvvəl sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq) və Arseniy Djioyev (86 kq) bürünc medal əldə ediblər.

Mundial sentyabrın 21-də başa çatacaq.

"Cebheinfo.az"

Seçilən
50
17
cebheinfo.az

10Mənbələr