AZ

Ötən il SOCAR-ın yataqlarından neft hasilatı proqnozdan 3.5% az olub

2024-cü ildə Dövlət Neft Şirkətinin (SOCAR) istismar etdiyi yataqlardan 7485,6 min ton neft hasil edilib.
 
Moderator.az şirkətin ötən il üzrə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə “AÇG” yatağından 16820,4 min ton neft, “Şah Dəniz” yatağından 4168,1 min ton, “Abşeron” yatağından isə 572,2 min ton kondensat hasil edilib.
 
Hər üç yataq üzrə hasilatı proqnozdan aşağı olub. Hesabatda dövründə hasilat proqnozdan 271,1 min ton və ya 3.5% az olub.
 
2024-cü ildə Azərbaycan üzrə neft hasilatı 29,046 milyon ton təşki edib. Ümumi hasilatın 25,7%-i SOCAR-ın payına düşüb.
Seçilən
38
1
moderator.az

2Mənbələr