AZ

Mərkəzi Asiyanın ombudsmanları əməkdaşlıq barədə razılığa gəldilər

BAKI, 15 sentyabr. TELEQRAF

Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın uşaq hüquqları üzrə müvəkkilləri uşaq hüquqlarının müdafiəsi ilə bağlı ümumi məsələləri müzakirə etmək üçün Daşkənddə toplaşıblar.

Teleqraf xəbər verir ki, beynəlxalq forum əməkdaşlığın gücləndirilməsinə və uşaq hüquqları ilə bağlı problemlərin həllinə ümumi yanaşmaların işlənib hazırlanmasına yönəlmiş regional platformanın yaradılması üçün əsas məkana çevrilib.

Bu, Mərkəzi Asiyada uşaq hüquqlarına həsr olunmuş ilk belə konfrans olub.

Forumun gündəliyinə rəqəmsal məkanda uşaqların təhlükəsizliyinin təmin edilməsi, zorakılığın bütün formalarının qarşısının alınması, uşaqların ədalət mühakiməsinə çıxışının təmin edilməsi kimi region üçün xüsusi əhəmiyyət kəsb edən məsələlər daxil edilib.

Forumda hazırda Avropa Uşaq Ombudsmanı Sisteminə sədrlik edən Norveç, Xorvatiya və Finlandiyadan olan nümayəndələr də iştirak ediblər.

Görüşün yekununda bu sahədə regional və beynəlxalq tərəfdaşlığın gücləndirilməsinə çağıran bəyannamə qəbul edilib. Forum iştirakçıları yeni platforma çərçivəsində qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduqlarını bildiriblər.

Seçilən
33
teleqraf.com

1Mənbələr