AZ

Ayxan Hüseynov Premyer Liqada 100-cü oyununu keçirdi

“Turan Tovuz”un hücumameyilli yarımmüdafiəçisi Ayxan Hüseynov Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir.

26 yaşlı yarımmüdafiəçinin yubiley matçı Premyer Liqanın 2025/2026-cı illər mövsümünün 4-cü turuna təsadüf edib. O, “Qəbələ” ilə ev matçının (1:0) gedişində meydana daxil olub.

Hüseynov bu 100 qarşılaşmada 13 qola imza atıb. Premyer Liqada yalnız bir klubun formasını geyinmiş futbolçu “Turan Tovuz”da 100 çempionat matçına çıxan ilk oyunçu olub. O, Premyer Liqada 2022/2023-cü illər mövsümündə debüt edib.

Xatırladaq ki, Ayxan Hüseynov Azərbaycan çempionatlarında 100 və daha çox oyun keçirmiş 442-ci futbolçudur. Onun eyni klubda 100-ə çatması isə 206-cı belə yubileydir.

error: Məzmun qorunur!
Seçilən
44
17
arena.az

10Mənbələr