AZ

Messinin ilk kartı 1,5 milyon dollara satıldı...


Argentina millisinin kapitanı Lionel Messinin kartı rekord məbləğə satılıb. Belə ki, argentinalı hücumçunun sabiq klubu "Barselona"da debüt etdiyi 2004/2005 mövsümündə hazırlanmış ilk rəsmi kartı hərracda 1,5 milyon dollara alıcısını tapıb. Nüsxənin keyfiyyəti ən yüksək qiymət - "10" alıb. Kart həmçinin "Mike Baker Authenticated"də brilyant sertifikata layiq görülüb.
Qeyd edək ki, bundan əvvəl ən bahalı kart Braziliya millisinin sabiq forvardı Peleyə məxsus idi. 1958-ci ilə aid olan kart 1,33 milyon dollara satılmışdı.

Mətləb

Seçilən
30
2
baki-xeber.com

3Mənbələr