AZ

Səyahət zamanı hamilələrin bilməli olduqları

Hamiləlik dövründə səyahət etmək bir çox qadının narahatlıq səbəblərindən biridir. Mütəxəssislərə görə, sağlam hamiləliklərdə 36-cı həftəyə qədər səyahət etmək mümkündür. Lakin bəzi hallarda həkimlər təhlükə ehtimalına görə səyahət qadağası qoya bilər.


Pravda.az bildirir ki, ən uyğun səyahət dövrü hamiləliyin 14–28-ci həftələri hesab olunur. Bu müddətdə ana namizədləri özlərini daha rahat hiss edir. Uçuş zamanı 36-cı həftədən sonra səyahət tövsiyə olunmur, bəzi şirkətlər isə həkim arayışı tələb edə bilir.


Avtomobillə uzun yol gedərkən hər 2 saatdan bir fasilə vermək, gəmi ilə səyahətdə isə həkim və tibb bacısının mövcudluğunu yoxlamaq vacibdir. Qatar isə hərəkət imkanı yaratdığı üçün daha rahat seçim sayılır.


Həkimlər bildirir ki, səyahət zamanı su qəbulunu azaltmaq olmaz, yüngül qidalar üstünlük təşkil etməli, rahat geyim və ayaqqabı seçilməlidir. Eyni zamanda hamilə qadınlar mütləq həkimlərinin məsləhətlərinə əməl etməlidir.


Bəzi riskli hallarda – erkən doğum təhlükəsi, çoxlu hamiləlik və ya ciddi sağlamlıq problemləri zamanı səyahət qətiyyən tövsiyə edilmir.


Əminə Bayramova 

Tarix: 15 Sentyabr 2025, 11:24   
Seçilən
42
pravda.az

1Mənbələr