AZ

Təyyarə qəzasından yalnız pilot sağ çıxıb

Təyyarə

Kanadanın Manitoba əyalətində kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Reyting.az
xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Hadisə bölgənin az məskunlaşdığı şimal hissəsində - Makepeace gölünün yaxınlığında baş verib. Dağıntıların axtarışı üçün helikopterdən istifadə edilib.

Polisin məlumatına görə, yalnız pilot sağ qalıb, lakin o, ciddi xəsarət alıb.

Qəza ilə bağlı araşdırma aparılır.

V. QULİYEV
Seçilən
38
reyting.az

1Mənbələr