
Kanadanın Manitoba əyalətində kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Reyting.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Hadisə bölgənin az məskunlaşdığı şimal hissəsində - Makepeace gölünün yaxınlığında baş verib. Dağıntıların axtarışı üçün helikopterdən istifadə edilib.
Polisin məlumatına görə, yalnız pilot sağ qalıb, lakin o, ciddi xəsarət alıb.
Qəza ilə bağlı araşdırma aparılır.
V. QULİYEV