AZ

Braziliyalı ulduz "Real Madrid"i bu iki klubdan birinə dəyişəcək - SON NDURUM

"Real Madrid"in gənc hücumçusu Endrik qış "transfer pəncərəsi"ndə klubunu dəyişəcək. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Defensa Central" yayıb. 

Mənbənin məlumatına görə, 19 yaşlı braziliyalı oyun praktikası qazanmaq üçün "Kral klubu"nu icarə əsasında tərk edəcək. Artıq Madrid nəhəngi ona görə təklif alıb. Gənc forvardın xidmətində "Valensiya" və "Selta" maraqlıdır. 

Qeyd edək ki, Endrik ötən mövsüm “Real Madrid”in heyətində İspaniya çempionatında 22 oyun keçirib, 1 qol vurub, 1 sarı vərəqə alıb. Bu mövsüm isə o, hələ meydana çıxmayıb.

Mirağa

Seçilən
26
1
fanat.az

2Mənbələr