AZ

Kriştianu Ronaldoya növbəti “Qızıl buts” təqdim edildi

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasının II turunda evdə “Əl-Xolud”u 2:0 hesabı ilə məğlub edib.
Heftelik.az xəbər verir ki, “Mrsul Park” stadionunda təşkil olunan matçdan əvvəl “Əl-Nəsr”in kapitanı Kriştianu Ronaldo mükafatlandırılıb.
40 yaşlı hücumçu ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatının bombardiri kimi “Qızıl buts”a layiq görülüb.
Qeyd edək ki, 2024/25 mövsümündə Kriştianu Ronaldo 30 matçda 25 qol vuraraq ardıcıl ikinci dəfə Pro Liqanın bombardiri olub.
Seçilən
10
2
heftelik.az

3Mənbələr