AZ

Kriştianu Ronalduya "Qızıl buts" təqdim edildi

BAKI, 15 sentyabr. TELEQRAF

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasının II turunda evdə “Əl-Xolud”u 2:0 hesabı ilə məğlub edib.

Teleqraf xəbər verir ki, "Mrsul Park" stadionunda təşkil olunan matçdan əvvəl “Əl-Nəsr”in kapitanı Kriştianu Ronaldu mükafatlandırılıb.

40 yaşlı hücumçu ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatının bombardiri kimi “Qızıl buts”a layiq görülüb.

Qeyd edək ki, 2024/25 mövsümündə Kriştianu Ronaldu 30 matçda 25 qol vuraraq ardıcıl ikinci dəfə Pro Liqanın bombardiri olub.

Seçilən
9
2
teleqraf.com

3Mənbələr