AZ

Messinin kartı hərracda rekord qiymətə satıldı

Argentina millisinin və "İnter Mayami"nin kapitanı Lionel Messinin kartı rekord məbləğə satılıb.

Publika.az xəbər verir ki, ulduz futbolçunun "Barselona"dakı debüt mövsümü olan 2004/05-ə aid ilk rəsmi kartı hərracda 1,5 milyon dollara alınıb.

Qeyd olunur ki, kart nümunəsi ən yüksək keyfiyyət dərəcəsi – "10" ilə qiymətləndirilib. Satış, hərrac evi "Goldin Auctions"un eyni kartın başqa bir nümunəsini 1,1 milyon dollara satmasından cəmi bir neçə gün sonra baş tutub. Həmin kart da "10" qiymətini almışdı.

Messinin kartı həmçinin "Mike Baker Authenticated" tərəfindən brilyant sertifikatla təsdiqlənib.

Bundan əvvəl ən bahalı kart braziliyalı əfsanə Peleyə məxsus idi. Onun 1958-ci ilə aid kartı 1,33 milyon dollara satılmışdı.

Seçilən
22
publika.az

1Mənbələr