AZ

TDT-yə üzv və müşahidəçi ölkələrin sığorta bazarları 2030-cu ilə qədər hər il 44–51% artacaq – Elmar Mirsalayev

Finss.az - Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin sığorta bazarlarının 2030-cu ilə qədər hər il orta hesabla 44–51 % artacağı gözlənilir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev bunu Şuşada keçirilən Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında açıqlayıb. Onun sözlərinə görə, bu yüksək artımın əsas səbəbləri arasında təkrarsığorta münasibətlərinin sistemləşdirilməsi, bazarlararası təcrübə mübadiləsi, kadr və məlumat axınının təşkil olunması, təlim-tədris əməkdaşlığıtəkrarsığorta hovuzunun yaradılması yer alır.

E.Mirsalayev ötən ilin göstəricilərinə də toxunaraq bildirib ki, TDT ölkələrinin sığorta bazarlarında əhəmiyyətli artım müşahidə olunub:

  • Azərbaycanda – 10,7 %
  • Qazaxıstanda – 41,38 %
  • Qırğızıstanda – 71,32 %
  • Türkiyədə – 72,5 %
  • Özbəkistanda – 21,22 %

O vurğulayıb ki, bu artım və qurulan institusional mexanizmlər türk dövlətləri arasında sığorta bazarlarının inteqrasiyasını sürətləndirəcəkqarşılıqlı əməkdaşlığı daha da gücləndirəcək.

Fuad Mədətov
Finss.az

Seçilən
21
2
fins.az

4Mənbələr