AZ

Çində qızıldan hazırlanmış loqotipi olan BYD avtomobilləri satışa çıxarıldı

Çində yeni "BYD Yangwang U8L" flaqman krossoveri təqdim edilib.

Avtosfer.az bu barədə Carnewschina.com portalına istinadla xəbər verir.

Avtomobilin qiyməti 1.28 milyon yuandır (təqribən 306 min manat - red.).

Yeni U8L-in uzunluğu 5 400 mm, eni 2 049 mm, hündürlüyü isə 1 921 mm-dir. Təkər bazası 3 250 mm təşkil edir.

Avtomobildə dar faralar və matris radiator barmaqlığı var. Yolsuzluq avtomobili "Oracle" loqotipi ilə təchiz edilib. O, xalis 24 karat qızıldan hazırlanıb.

Qeyd olunur ki, avtomobil 1 180 at qüvvəsi hasil edən hibrid güc qurğusu ilə təmin olunub.

Seçilən
40
8
avtosfer.az

9Mənbələr