AZ

Açıq ünsiyyət uşaqların yeni dərs ilinə inamla uyğunlaşmasına kömək edir - Səhiyyə Nazirliyi (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasınınklinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov nazirliyin rəsmisəhifəsinə müsahibə verib.

Trendhəmin müsahibəni təqdim edir:

- Rövşən müəllim, məktəbə ilk dəfə başlayan uşaqlarınvalideynləri hansı düzgün yanaşmanı seçməlidirlər?

- Məktəbə başlamaq həm uşaqlar, həm də valideynlər üçün çətinola bilər. Bu mərhələdə narahatlıq hissi təbiidir, çünki uşaqlarmüəyyən yaşa qədər əsasən valideynləri ilə sıx bağlı həyatyaşayırlar. Məktəbə başlama ilə bu dinamika dəyişir.
Qeyd etmək istərdim ki, məktəb hər bir uşağın həyatında mühümaddımdır. Valideynlərin və müəllimlərin münasibəti uşağıninkişafına mühüm təsir göstərir. Uşağın ilk müqaviməti onunöyrəşməyəcəyi demək deyil. Keçid dövrü hər uşaqda fərqlidir.Bəziləri tez uyğunlaşır, digərləri isə daha çox vaxt tələbedir.
Ayrılıq narahatlığı yaşayan uşaq valideyninin qayıtmayacağındanqorxa bilər. Zamanla öyrənirlər ki, ayrılıq müvəqqətidir. Məktəbbitdikdən sonra valideynləri mütləq onları qarşılayacaq.

- Tətildən sonra məktəbə geri dönən uşaqların dərs prosesinəadaptasiyası üçün hansı psixoloji dəstək üsulları tövsiyəolunur?

- Tətil günlərinin rahatlığından sonra məktəb mühitinəuyğunlaşmaq uşaqlarda həyəcan yarada bilər. Səhər tezdən oyanmaq vədərs məsuliyyəti keçidi çətinləşdirə bilər. Valideynlər üçün əsasməqam bu narahatlığın normal olduğunu anlamaqdır. Yeni vəziyyətöncəsi hiss olunan həyəcan beynin dəyişikliklərə hazırlaşmasınakömək edir. Buna görə də uşaqlara bu çətinliklərin müvəqqətiolduğunu izah etmək vacibdir.
Uşağın hisslərini qəbul etmək və başa düşüldüyünü göstərmək təsirlidəstək yoludur. Məsələn, “Mən başa düşürəm ki, məktəbə qayıtmaqsənə bir az çətin görünə bilər” demək uşağa güvən verir. Uşaqlarstreslə mübarizəni valideynlərdən öyrənirlər. Böyüklərinçətinliklərə sakit yanaşması onlar üçün nümunədir. Valideynin “Mənyorğun oluram, amma sakitləşmək üçün dərin nəfəs alıram” deməsiuşağa narahatlığını idarə etməyi öyrədə bilər.
Açıq ünsiyyət və nümunəvi davranış uşaqların yeni dərs ilinə inamlauyğunlaşmasına kömək edir.

- Uşaqların yeni müəllim və sinif yoldaşlarına uyğunlaşmasınıasanlaşdırmaq üçün hansı psixoloji yanaşmalar daha səmərəli hesabolunur?

- Uşaqların yeni müəllim və sinif yoldaşlarına uyğunlaşması üçününsiyyət və empatiya bacarıqlarının öyrədilməsi vacibdir.Həmyaşıdları ilə münasibət qurmaq, başqalarını dinləmək sosialmühitə tez uyğunlaşmağa kömək edir. Başqalarına kömək etməyə təşviqdə mühüm rol oynayır. Uşaqlara dəstək göstərdikcə onlar özlərinihəm faydalı hiss edir, həm də daha tez qəbul olunurlar.
Gündəlik rejimə sadiq qalmaq, öyrənmə ilə oyun arasında balansyaratmaq adaptasiyanı asanlaşdırır. Hisslərin idarə olunması,streslə mübarizə bacarıqlarının inkişafı faydalıdır. Dərin nəfəsalmaq, istirahət və yaradıcılıq uşağı rahatladır. Özünə qulluq,düzgün qidalanma və kifayət qədər yuxu psixoloji sabitliyigücləndirir. Kiçik nailiyyətlərin qeyd olunması motivasiyanıartırır. Keçmiş çətinliklərin öhdəsindən gəlmək xatırladıldıqdauşağın özünə inamı möhkəmlənir. Açıq ünsiyyət və dəstək onlarınuyğunlaşmasını asanlaşdırır.

- Məktəb dövrünün başlanğıcı ilə bağlı uşaqların yuxu vəgündəlik rejiminin tənzimlənməsi üçün hansı tövsiyələrmövcuddur?

- Dərslərin başlamasına iki həftə qalmış yatmaq və oyanmaqvaxtları tədricən tezləşdirilməlidir. Bu, uşağın məktəb cədvəlinəuyğunlaşmasını asanlaşdırır. Yuxu cədvəli yaradıldıqdan sonra onahər gün əməl olunmalıdır. Yatmazdan əvvəl sakitləşdiricifəaliyyətlər faydalıdır. Duş qəbul etmək və kitab oxumaqrahatlaşdırıcı təsir göstərir. Elektron əyləncələrməhdudlaşdırılmalı, ağır yeməklərdən uzaq durulmalıdır. Yuxu mühitiqaranlıq və sakit olmalıdır. Yataq rahat, otaq temperaturu isənormal saxlanmalıdır. Kompüter və televizor kimi vasitələr yuxumühitindən çıxarılmalıdır. Valideynlər də yuxu rejiminə əməletməklə nümunə göstərməlidirlər. Sağlam yuxu vərdişləri uşağınməktəbə enerjili başlamasına kömək edir.

- Uşaqlarda məktəbə qarşı maraq və motivasiyanın artırılmasıməqsədilə valideynlər hansı üsullardan istifadə edə bilərlər?

- Məktəbə maraq və motivasiyanın artırılmasında valideynlərindəstəyi əsasdır. Onlar övladlarının təhsil prosesində iştiraketdikdə, uşaqlar dərslərə daha çox həvəs göstərir və özlərinə inamqazanırlar. Evdə öyrənməni təşviq edən mühit yaratmaq müsbət təsirgöstərir. Oxu vərdişləri formalaşdırmaq, ev tapşırıqlarına maraqlayanaşmaq və məktəb hadisələrindən danışmaq vacibdir. Müəllimlərlədavamlı əlaqə və məktəb tədbirlərinə qatılmaq uşaqların məktəbidaha dəyərli görməsinə kömək edir.
Kiçik yaşlardan müsbət mühit yaratmaq təhsilə marağı gücləndirir.Belə uşaqlar sinifdə özlərini inamlı aparır və motivasiyaqazanırlar. Valideynlərin real gözləntilər qoyması mühümdür.Uşaqlar dəstəkləndiyini hiss etdikdə daha çox səy göstərirlər.
Məktəb və ailə əməkdaşlığı şagirdlərin həm akademik, həm də sosialinkişafını dəstəkləyir.

- Məktəbə qayıdan uşaqlarda diqqət çatışmazlığı və dərslərəqarşı laqeydlik müşahidə olunduğu təqdirdə, valideynlər hansıaddımları atmalıdırlar?

- Diqqət çatışmazlığı və laqeydlik həm nevroloji, həm dəpsixoloji amillərlə bağlı ola bilər. Uşaqlar sakit oturmaqda vədiqqəti toplamaqda çətinlik çəkə bilərlər. Motivasiya zəifliyi vəözünəinamın azalması da bu çətinliyi artırır. Valideynlər həmnevroloji xüsusiyyətləri nəzərə almalı, həm də psixoloji dəstəkgöstərməlidirlər.
Müəllimlərlə əməkdaşlıq aparmaq vacibdir. Tapşırıqları kiçikhissələrə ayırmaq, qısa fasilələr vermək və vizual öyrənmədənistifadə etmək diqqəti artırır. Hərəkət ehtiyacını qarşılamaq,idman və açıq hava fəaliyyətlərinə imkan yaratmaq faydalıdır.Psixoloji tərəfdən uşağın nailiyyətlərini dəyərləndirmək,motivasiya etmək və özünəinamını gücləndirmək önəmlidir.
Valideyn yalnız nəticələrə deyil, cəhdlərə də dəyər verməlidir.Uğurlar müsbət rəy və emosional dəstək ilə möhkəmləndirilməlidir.Uşağın ehtiyaclarını müəllimlərə çatdırmaq və əməkdaşlığı ardıcılaparmaq həm öyrənmə, həm də sosial mühitdə uğur qazanmasına köməkedir.

- Valideynlərin uşaqlarına məktəbə alışma dövründə dəstək olmaqistəyərkən ən çox yol verdikləri səhvlər hansılardır?

- Əsas səhvlərdən biri valideynlərin “redaktor” rolunu özüzərinə götürməsidir. Uşağın yazılarını xırda səhvlərlə doldurmaqöyrənməni təşviq etmir. Əksinə, uşağın özünü mühakimə altında hissetməsinə səbəb olur. Daha faydalı yanaşma sadə ipucları vermək vəuşağın səhvləri özünün düzəltməsinə şərait yaratmaqdır.
Digər səhv uşağın suallarına münasibətdə ifratçılıqdır. Bəzənvalideynlər sualları görməzlikdən gəlirlər, bəzən isə həddən artıquzun cavablar verirlər. Bu, ya marağın itməsinə, ya da yalnızböyüklərin cavabları ilə kifayətlənməyə gətirib çıxarır.
Ən düzgün yanaşma uşağı düşünməyə sövq etməkdir. Valideynlər çoxvaxt faktların əzbərlənməsinə üstünlük verirlər. Riyaziyyatda qısayollar öyrətmək və ya söz siyahılarını əzbərlətmək biliklərinmahiyyətini kölgədə qoyur. Halbuki, əsas məqsəd uşağın düşündüyünüizah etməsi və öyrəndiklərini tətbiq edə bilməsidir.
Digər səhv inkişaf mərhələlərinə həddən artıq fokuslanmaqdır.Valideynlər uşağın müəyyən yaşda mütləq oxumağı və ya riyaziyyatdanəticə göstərməsini tələb edirlər. Halbuki, inkişaf hər uşaqdafərqli gedir. Gündəlik kiçik nailiyyətləri görmək və dəyərləndirməkdaha sağlam yanaşmadır.
Valideyn uşağın ən mühüm dəstəkçisidir. Səhvləri öyrənmənin birhissəsi kimi qəbul etmək, pozitiv ünsiyyət qurmaq və nailiyyətləridəyərləndirmək uşağın məktəbə uyğunlaşmasını asanlaşdırır.Öyrənməni isə davamlı prosesə çevirir.

Açıq
Açıq
Məqalədə:
Seçilən
37
7
az.trend.az

8Mənbələr