AZ

Ərdoğan Qətərə gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İslam Əməkdaşlıq Təşkilatı–Ərəb Liqasının Fövqəladə Zirvə Toplantısında iştirak etmək üçün Qətərə gedəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

 Bildirilib ki, Ərdoğan İsrailin hücumlarının dayandırılması ilə bağlı xəbərdarlıqlarını paytaxt Dohada keçiriləcək zirvə görüşündə verəcək.

Zirvə görüşü İsrailin 9 sentyabrdakı hücumunun ardından Qətərin çağırışı və İƏT Xarici İşlər Nazirləri Şurasının sədri olan Türkiyənin dəstəyi ilə təşkil olunur.

Zirvə görüşü zamanı bölgədəki son vəziyyət müzakirə olunacaq və İsrailin qətliam xarakterli hücumlarına qarşı atılmalı olan addımlar dəyərləndiriləcək.

Seçilən
90
46
operativmm.az

10Mənbələr